Bakıda intihara cəhdin qarşısı alınıb - YENİLƏNİB-1

Bakıda intihara cəhdin qarşısı alınıb - <span style="color: red;">YENİLƏNİB-1
# 06 noyabr 2017 13:44 (UTC +04:00)

Bakıda intihara cəhdin qarşısı alınıb.

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının intihara cəhd edən Bakı sakini Ruslan Məhərrəmovla apardıqları söhbətdən sonra o, fikrindən daşınıb. R.Məhərrəmov binanın damından düşürülüb.

***

16:44

Bakıda intihar etmək istəyən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, intihara cəhd edən şəxs Ruslan Məhərrəmovdur. Üç uşaq atası olan R. Məhərrəmov yaşadığı binanın həyətində, uşaqların istirahəti üçün nəzərdə tutulmuş ərazidə tikintinin aparılmasına etiraz olaraq bu addımı atıb.

Hazırda intihara cəhdin qarşısını almaq üçün danışıqlar aparılır.

***

16:20

Bakıda naməlum kişi intihara cəhd edir.

APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən 9 mərtəbəli binanın damına qalxan orta yaşlı kişi özünü atacağını deyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları gəlib. İntihara cəhdin qarşısının alınması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR