Üç xarici şirkət Azərbaycan bazarını tərk edib

Üç xarici şirkət Azərbaycan bazarını tərk edib
# 15 noyabr 2017 06:40 (UTC +04:00)

Üç xarici şirkət Azərbaycan bazarını tərk edib.

APA-Economics” “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “Finansovtye i İnteqrasionniye Texnologii” MMC-nin Azərbaycandakı filialı ləğv olunduğunu elan edir. Kreditorlar iki ay müddətində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mikrorayon, ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.

Bundan başqa, “Samet Kalip ve madeni Eşya Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycandakı nümayəndəliyi də ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi, ev 87, mənzil 63 ünvanına bildirə bilərlər.

“Neptun S.A.” şirkətinin Azərbaycandakı nümayəndəliyi təsisçinin 06.11.2017-ci il tarixli qərarına əsasən ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR