Rusiya Azərbaycandan 86 min ton pomidor idxal edib

Rusiya Azərbaycandan 86 min ton pomidor idxal edib
# 17 noyabr 2016 07:32 (UTC +04:00)

Cari ilin 9 ayı ərzində Rusiya Azərbaycandan 86 min ton pomidor idxal edib. "APA-Economics" xəbər verir ki, bunu Rusiyanın Milli Tərəvəz İstehsalçıları İttifaqının icraçı direktoru Mixail Qluşkov bildirib.

Onun sözlərinə görə, hesabat dövründə Rusiya ən çox Mərakeşdən pomidor idxal edib – 88,7 min ton. 9 ay ərzində şimal qonşumuza 68 min ton pomidor ixrac edən Çin Azərbaycandan sonra, yəni üçüncü yerdə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR