Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub

Norveçin Azərbaycandakı səfiri Lənkəranda olub
# 23 noyabr 2016 00:35 (UTC +04:00)

Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen cənub bölgəsinə səfəri çərçivəsində noyabrın 22-də Lənkəranda olub. APA-nın cənub bürosunun məlumatına görə, xarici diplomatı öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib

İcra başçısı qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalisi və iqtisadiyyatı barədə ətraflı məlumat verərək, aqrar sahənin dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Rayon üçün ənənəvi olan çəltikçiliyin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdıran T.Qaraşov yaxın zamanlarda Lənkəranda düyü emalı sexinin istifadəyə veriləcəyini bildirib, rayonun turizm potensialından və s. məsələlərdən bəhs edib.

Səfir Bord İvar Svendsen səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycanla Norveç arasında ikitərəfli əməkdaşlığın inkişaf etdiyini söyləyib. Lənkərana ilk dəfə səfər etdiyini vurğulayan qonaq Lənkəranın iqtisadiyyatı ilə tanışlıqdan məmnun qaldığını, rayonda turizmin inkişafı üçün geniş imkanların olduğunu xüsusi qeyd etməklə, burada müxtəlif xalqların nümayəndələrinin mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamalarını tolerantlığın bariz nümunəsi kimi dəyərləndirib.

İcra başçısı ilə görüşdən sonra Bord İvar Svendsen Lənkəran şəhərinin gəzməli-görməli yerləri ilə tanış olub, rayonun İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatına baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR