Şəkidə ev yanıb

Şəkidə ev yanıb
# 17 iyul 2018 08:40 (UTC +04:00)

Şəkidə fərdi yaşayış evində yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saat 9 radələrində rayonun Bideyiz kəndində, kənd sakini Namizəd Camal oğlu Mustafayevə məxsus, ümumi sahəsi 105 kv/m olan yaşayış evində yanğın baş verib.


Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 80 kv/m-lik sahəsi və 30 kv/m-lik sahəsi olan otaq ev əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğından mühafisə edilib.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR