Ukraynada məktəbdə kütləvi zəhərlənmə olub, 14 şagird xəstəxanaya yerləşdirilib

Ukraynada məktəbdə kütləvi zəhərlənmə olub, 14 şagird xəstəxanaya yerləşdirilib
# 07 sentyabr 2017 04:21 (UTC +04:00)

Ukraynanın Rovno vilayətinin Zareçnoye qəsəbəsində kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, zəhərlənmə qəsəbədə yerləşən məktəbdə, 1-ci sinif şagirdləri arasında qeydə alınıb.

Hadisə sanitar-gigiyenik qaydalara riayət olunmaması səbəbindən baş verib. Məlumata görə, 14 şagird kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri ilə bağlı məlumat verilmir.

Məktəbin mətbəxinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR