Astana şəhərinin Nursultan adlandırılması təklif olunub

Astana şəhərinin Nursultan adlandırılması təklif olunub
# 23 noyabr 2016 09:38 (UTC +04:00)

Qazaxıstan parlamentinin deputatı Kuanış Sultanov Astana şəhərinin adının dəyişdirilməsini və prezident Nursultan Nazarbayevin adı ilə adlandırılmasını təklif edib.

APA-nın “tengrinews.kz” saytına istinadən verdiyi məlumata görə, deputat bu təklifi qanunverici orqanın hər iki palatasının birgə iclası zamanı irəli sürüb. O, şəhərin adının Nazarbayev və ya Nursultan ola biləcəyini deyib. K. Sultanov digər vacib obyektlərini adlarının da bu şəkildə dəyişdirilməsini istəyib. Təşəbbüs digər deputatlar tərəfindən dəstəklənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR