Məmmədyarov: "Yaxın 2-3 ay ərzində GUAM-a üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur"

Məmmədyarov: "Yaxın 2-3 ay ərzində GUAM-a üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur"
# 13 fevral 2017 10:25 (UTC +04:00)

“Gürcüstanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

O bildirib ki, hazırda Gürcüstanın sədrlik etdiyi GUAM təşkilatı çərçivəsində əlaqələrin inkişafı barədə müzakirələr aparılıb: “GUAM-ı xüsusilə iqtisadi baxımdan necə gücləndirmək barədə danışdıq. Müəyyən layihələr var. Yaxın 2-3 ay ərzində təşkilata üzv ölkələr arasında yüksək səviyyəli görüş nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR