Ötən il "Azərsu" vergi borcunu 99,7% azaldıb

Ötən il "Azərsu" vergi borcunu 99,7% azaldıb
# 04 iyun 2018 09:34 (UTC +04:00)

Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə hesabatlarda göstərilən iri dövlət vergi ödəyicilərinin borcları üzrə 2017-ci il ərzində əhəmiyyətli azalma “Azərsu” ASC üzrə müşahidə olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd olunub.

Sənəddə bildirilib ki, Cəmiyyətin borcları ümumilikdə 38 mln. 668 min manat və ya 99,7% azalaraq 01.01.2018-ci il tarixə 109,7 min manata (o cümlədən, borcun ümumi məbləği verginin əsas məbləği maliyyə sanksiyası faiz verginin əsas məbləği üzrə 13,1 min manata, faiz borcları üzrə 96,6 min manata) enib.

“Azərsu” ASC-nin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin həcmi 2017-ci ildə 52 mln. 459,1 min manat təşkil etməklə 2015-ci ilə nisbətən 27 mln. 839,4 min manat və ya 2,1 dəfə, 2016-cı ilə nisbətən isə 20 mln. 290,5 min manat və ya 63,1% artıb. Hesabat ilində cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 38 mln. 668 min manat azalaraq 109,7 min manat, artıqödəmənin həcmi 1 mln. 672,9 min manat artaraq 1 mln. 685,5 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR