“Azərbaycanda Gürcüstan Qurumları Liqası” yeni struktur yaradır

“Azərbaycanda Gürcüstan Qurumları Liqası” yeni struktur yaradır
# 30 may 2018 12:48 (UTC +04:00)

“Azərbaycanda Gürcüstan Qurumları Liqası” yeni qurumun yaradılmasını elan edir.

Bu barədə APA-ya liqanın rəhbəri Teymuraz Kirimov məlumat verib. O bildirib ki, yeni qurumun yaranması Azərbaycan və Gürcüstanın yaranmasının 100 illiyinə təsadüf edir. T. Kirimov yeni qurumun iki xalq arasında əlaqələrin dərinləşməsində vacib rol oynayacağını deyib: “Yeni qurumda hər iki qardaş xalqı təmsil edən, ölkələrimiz arasında əlaqələrin inkişafı, dərinləşməsi və çiçəklənməsində əməyi olan insanlar birləşəcək”.

T. Kirimov yeni qurumun adının hələlik müəyyənləşmədiyini deyərək hazırda bu istiqamətdə işlərin aparıldığını söyləyib.

Qeyd edək ki, 1995-ci ildə Bakıda Tbilisi meriyasının daimi nümayəndəliyi açılıb. Rəsmi nümayəndə Teymuraz Kirimov təyin olunub. Daimi nümayəndəlik tərəfindən “Bakı-Tbilisi” qəzeti, Gürcüstan-Azərbaycan əlaqələrinin araşdırılması Mərkəzi, “Tbilisi” idman klubu, “İberiya Press” xəbər agentliyi, nümayəndəlik yarında Ağsaqqallar Şurası təsis edilib. 2005-ci ildə sözügedən qurumların koordinasiyasını möhkəmləndirmək məqsədilə “Azərbaycanda Gürcüstan Qurumları Liqası” yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR