Supsa limanından xam neft ixracı 24% artıb

Supsa limanından xam neft ixracı 24% artıb
# 01 mart 2017 14:55 (UTC +04:00)

Bu ilin fevral ayında SOCAR Supsa limanından 349 272 ton xam neft ixrac edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 2,04 dəfə artıb. Bu ilin yanvar ayı ilə müqayisədə isə bu limandan xam neftin ixracı 98,32% artıb.

Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Supsa limanından 525 382 ton neft ixrac edilib ki, bu da 2016-cı ilin iki ayı ilə müqayisədə 24,12% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR