Azərbaycanla Boliviya arasında saziş imzalayanacaq

Azərbaycanla Boliviya arasında saziş imzalayanacaq
# 17 avqust 2017 15:26 (UTC +04:00)

Sabah Boliviya Çoxmillətli Dövlətinin xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər edəcək.

Xarici İşlər Nazirliyndən APA-ya bildirilib ki, səfər çərçivəsində qonağın Azərbaycanın baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Nazirlər Azərbaycan Respublikası Hökuməti və Boliviya Çoxmillətli Dövləti Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara sahib şəxslərin vizadan azad edilməsi barəsində saziş imzalayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR