"Azərenerji": İrana elektrik enerjisinin nəqli ölkənin enerji təminatında problem yaratmayacaq

"Azərenerji": İrana elektrik enerjisinin nəqli ölkənin enerji təminatında problem yaratmayacaq
# 12 aprel 2018 16:14 (UTC +04:00)

"Son illər Azərbaycanda həyata keçirilən kompleks tədbirlər nəticəsində enerji sistemin infrastrukturu köklü şəkildə dəyişib, yeni generasiya gücləri əldə edilib".

Bunu "APA-Economics"ə açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib. Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində bu gün ölkənin enerji təhlükəsizliyi təmin edilib: "Görülən tədbirlər elektrik enerjisi ilə ölkənin 100% fasiləsiz, dayanıqlı və etibarlı şəkildə təmin etməklə yanaşı, bunun mübadilənin və alqı-satqısının həyata keçirməyə də geniş imkanlar açıb".

Y. Babanlı bildirib ki, bu sazişin imzalanması ölkənin enerji sisteminə, o cümlədən də cənub bölgəsinin enerjisi təminatında heç bir problem yaratmayacaq: "Bu il istifadəyə veriləcək 400 MVt-lıq Elektrik Stansiyasının işə düşməsi, o cümlədən, 2400 MVt-dan yuxarı yeni generasiya güclərinin əldə edilməsi bunu deməyə əsas verir. Son illər istər elektrik stansiyalarının, istərsə də digər enerji mənbələrindən əldə olunan elektrik enerjisi potensialı Azərbaycanın qeyd edilən həcmdə İrana elektrik enerjisini satışını həyata keçirilməsinə imkan verir. Bu, razılıq İran prezidentinin Azərbaycana səfəri ərəfəsində əldə edilib”.

Y. Babanı əlavə edib ki, “Azərenerji”nin elektrik stansiyalarının yenidən qurulması, yəni “Varvara”, həmçinin Mingəçevir Su Elektrik Stansiyasında 20 MVt əlavə gücün əldə edilməsi və “Balakən”, “İsmayıllı-1”, “İsmayıllı-2”, o cümlədən “Çiçəkli” kimi yeni su elektrik stansiyalarının açılışı, həmçinin “Şimal-2” Elektrik Stansiyasının sistemə qoşulması ölkəni elektrik enerjisi ilə tam etməklə və elektrik enerjisi mübadiləsi olan digər ölkələrlə yanaşı, İran İslam Respublikasına elektrik enerjisi alqı-satqısını həyata keçirməyə imkan verir.

Xatırladaq ki, bu gün “Azərenerji” ASC şirkəti ilə İranın Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti “TAVANİR” arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqavilə imzalanıb. Sənədi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və “TAVANİR” şirkətinin idarə heyətinin sədri A. Kordi imzalayıb. Müqaviləyə əsasən cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin idxalı prosesinə başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR