Milli yol məlumat bazasının yenilənməsi məqsədi ilə tender elan edilib

Milli yol məlumat bazasının yenilənməsi məqsədi ilə tender elan edilib
# 26 noyabr 2016 08:02 (UTC +04:00)

Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) borc və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit əldə edib və həmin vəsaitin bir hissəsini “Yolların vəziyyətinə və inventarlaşdırılmasına aid məlumatların toplanılması” üzrə işlərin maliyyələşdirilməsi məqsədilə sərf etmək niyyətindədir.

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, bu müqavilə Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək.

“Azərbaycan hökuməti tərəfindən Azərbaycanın yol şəbəkəsinin inkişafı istiqamətində genişmiqyaslı avtomobil yolu proqramının icrası, eləcə də bu sahədə dövlət büdcəsindən ayrılan investisiya vəsaitlərindən səmərəli istifadə edilməsi məqsədilə avtomobil yollarının istismarı üzrə islahatlar həyata keçirilir. Bu proqram və islahatlar “Azərbaycan Magistral Avtomobil Yolu 3” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi, institusional gücləndirmə və yol şəbəkəsinin idarə olunmasının modernləşdirilməsinin birgə maliyyələşdirilməsi ilə Dünya Bankı tərəfindən dəstəklənir”, - deyə məlumatda vurğulanıb.

Məlumata əsasən, yol proqramının bir hissəsi kimi “Azəravtoyol” tərəfindən yol aktivlərinin idarəedilməsi sisteminin əsasını təşkil edən milli yol məlumat bazası yaradılıb: “Hazırda məlumat bazasının yenilənməsi məqsədilə növbəti məlumatların toplanılması və çoxillik təhlillər və həlledici qərarlar üçün etibarlı məlumatların əldə edilməsinə ehtiyac var. “Azəravtoyol” ASC Azərbaycanın yol şəbəkəsinə dair məlumatların toplanılması və məlumat bazasının yenilənməsi üçün işləri həyata keçirəcək şirkətlə müqavilə imzalamaq niyyətindədir”.

Bununla əlaqədar “Azəravtoyol” “Yolların vəziyyətinə və inventarına dair məlumatların toplanılması” işlərinin yerinə yetirilməsi üçün tender elan edib. Bunun üçün nəzərdə tutulan ixtisas meyarlarına cavab verən iddiaçılar tender təkliflərini (möhürlənmiş) təqdim etməyə dəvət edilir.

Tender proseduru tender sənədlərində göstərilən aşağıdakı meyarlara cavab verməlidir:

- 2013, 2014 və 2015-ci illər ərzində həyata keçirilən və ya başa çatdırılan müqavilələr üzrə təsdiq edilmiş ödənişlərdən hesablanan və üç il üzrə bölünməklə 1 mln. 5 min dollar məbləğində minimal orta illik dövriyyə;

- digər öhdəliklərdən başqa müqavilə üzrə 3 min dollar dəyərində nağd maliyyə vəsaitinin axınına dair tələblərə cavab vermək üçün satıla bilən (likvid) aktivlər, vergidən azad maddi aktivlər, kredit xətləri və digər maliyyə resursları (hər hansı müqavilə üzrə avans ödənişi istisna olmaqla);

- 1 yanvar 2011-ci il tarixdən təkliflərin təqdim edilməsinin son tarixinə qədər olan müddət ərzində əsas podratçı, birgə müəssisə tərəfdaşı və ya sub-podratçı qismində dəyəri 8 min dollar məbləğində olan iki və ya dəyəri 1 mln. 6 min dollar dəyərində oxşar

bir müqavilədə iştirak.

Əsas podratçı, birgə müəssisə tərəfdaşı və ya sub-podratçı qismində iştirak etdiyi və 1 yanvar 2011-ci il tarixdən təkliflərin təqdim edilməsinin son tarixinə qədər olan müddət ərzində başa çatan yuxarıda qeyd edilən və ya digər müqavilələrdə aşağıdakı əsas fəaliyyətlər üzrə minimal təcrübə lazımdır:

- Yolun yerləşmə mövqeyi haqqında məlumat

- Yolun vəziyyətinin tədqiqatı

- Nəqliyyatın hərəkətinin tədqiqatı

- Körpülərin vəziyyətinin tədqiqatı

Beynəlxalq rəqabətli tender Dünya Bankının “BYİB Borcları və BİA kreditləri çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması təlimatında (son nəşr) göstərilən prosedurlar üzrə həyata keçiriləcək. Təlimatlarda qeyd edildiyi kimi, tender iştirak hüququ olan bütün ölkələrdən iddiaçılar üçün açıqdır.

Tender sənədinin ingilis dilində toplusu aşağıdakı ünvana rəsmi müraciət təqdim edildikdən, 170 manat və ya 100 dollar məbləğində geri qaytarılmayan vəsait ödənildikdən sonra iştirak hüququ olan iddiaçılar tərəfindən əldə edilə bilər.

Tender təklifləri 24 yanvar 2017-cı il, yerli vaxtla saat 17:00-a kimi aşağıdakı ünvana təqdim edilməlidir. Gecikən təkliflər qəbul edilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR