Bakıda "Açıq hökumət məlumatları" mövzusunda konfrans keçirilir

Bakıda "Açıq hökumət məlumatları" mövzusunda konfrans keçirilir
# 07 fevral 2017 08:50 (UTC +04:00)

Bu gün Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Açıq hökumət məlumatları" mövzusunda konfrans keçirilir. "APA-Economics" xəbər verir ki, konfransda 60-dək dövlət və özəl qurumların nümayəndələri bu məsələ ətrafında müzakirə aparıblar.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, 2015-ci ildə nazirlik tərəfindən yaradılan www.data.gov.az portalındakı açıq məlumatlar qanunvericiliyə uyğun olaraq müntəzəm şəkildə yenilənir və təkmilləşdirilir.

Bildirilib ki, zəruri məlumatlar istifadə üçün tam açıq elan edildikdən sonra dövlət xərclərinə qənaət, sahibkarlığa dəstəyin artırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, startapların stimullaşdırılması, elektron xidmətlərin sayının artması, eləcə də BMT-nin "Elektron hökumətin İnkişaf İndeksi" və "Elektron İştirak İndeksi" hesabatlarında Azərbaycanın reytinqinin yüksəlməsi kimi müsbət nəticələr əldə olunacaq.

Hazırda ayrı-ayrı dövlət qurumlarının 25 adda məlumat bazası istifadəçilərin ixtiyarındadır. Belə ki, açıq məlumatlar portalında Ədliyyə, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm, Səhiyyə nazirlikləri, “Azərsu” ASC və Dövlət Gömrük Komitəsinin məlumatları yerləşdirilib. Eyni zamanda, əksər qurtumlara məxsus açıq məlumatlar mövcuddur ki, həmin məlumatların portala yerləşdirilməsi üçün lazımi işlər aparılır.

Qeyd edək ki, portal vasitəsilə istifadəçilər dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilərlər. Portalının əsas məqsədi məlumatların istifadəsi, onların asanlıqla veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır. Eyni zamanda aşıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının fəaliyyətinin effektivliyinin və səmərəliyinin artırılması da əsas məqsədlərdəndir. Lakin buna baxmayaraq, bu gün bütün dövlət qurumlarının məlumatları portalda yerləşdirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR