Ağdaş sakini həmkəndlisini bıçaqlayaraq meşəyə qaçıb

Ağdaş sakini həmkəndlisini bıçaqlayaraq meşəyə qaçıb
# 26 oktyabr 2017 08:59 (UTC +04:00)

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Pirəzə kəndində 1969-cu il təvəllüdlü Teymurov Elman Vəli oğlu şəxsi münasibətlər zəminində aralarında həmkəndlisi, 1986-cı il təvəllüdlü Babayev Naib Zahid oğlunu bıçaqlayıb. Xəsarət alan şəxs Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılaraq, əməliyyatı olunub.

Hadisəni törədən Elman Teymurov kəndin yaxınlığındakı Kürqırağı meşə sahəsinə qaçaraq gizlənib. Hazırda polis əməkdaşları onun tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR