Liviyada içərisində 300 nəfərin olduğu yük maşını aşıb, 30 nəfər ölüb

Liviyada içərisində 300 nəfərin olduğu yük maşını aşıb, 30 nəfər ölüb
# 14 fevral 2018 13:00 (UTC +04:00)

Liviyada ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “Sky news Arabia” telekanalına istinadən verdiyi xəbərə görə, Liviyanın cənub-qərbində, Tripolidən Beni Valid şəhəri istiqamətində hərəkət edən yük maşını aşıb.

Qəza nəticəsində 30-dək adam ölüb, 100-dən çox adam xəsarət alıb.

Yük maşınında 300-ə yaxın miqrantın olduğu deyilir. Miqrantların əsasən Somali və Eritreyadan olduğu bildirilir.

Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR