Tramp: “ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər”

Tramp: “ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər”
# 03 dekabr 2019 14:32 (UTC +04:00)

“NATO-ya hamıdan çox Fransanın ehtiyacı var. Fransanın ABŞ şirkətlərinə vergi tətbiq etməsini istəmirəm. ABŞ şirkətlərinə ancaq ABŞ vergi tətbiq edə bilər, Fransa yox”.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Londonda NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

O, Fransanın “Amazon”, “Facebook” kimi ABŞ şirkətlərinə vergi tətbiq etməsinə icazə verməyəcəyini, bunun əvəzində Fransanın şərab, pendir və digər məhsullarına vergi tətbiq ediləcəyini bildirib.

D. Tramp Fransa Prezidenti Emmanuel Makronun NATO haqqında “ölmüş beyin” ifadəsinə də münasibət bildirib. O, bunun hörmətsizlik və təhqiramiz ifadə olduğunu qeyd edib, Fransanın NATO ilə bağlı belə bir açıqlama verməsinin təhlükəli olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR