Filippində 11 silahlı məhv edilib

Filippində 11 silahlı məhv edilib
# 27 noyabr 2016 18:25 (UTC +04:00)

Filippin ordusunun həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində 11 silahlı məhv edilib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Filippin müdaifə nazirliyi açıqlama yayıb.

Məlumata görə, əməliyyatla əlaqədar 16 000 min dinc sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Əməliyyatın İŞİD-ə yaxın “Maute” qruplaşmasına qarşı aparıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR