İsmayıllı ilə Astaranın qaz təchizatı məhdudlaşdırılır

İsmayıllı ilə Astaranın qaz təchizatı məhdudlaşdırılır
# 23 yanvar 2017 14:07 (UTC +04:00)

Sabah Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, yanvarın 24-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “İvanovka” və Astara magistral qaz kəmərləri sahəsinin “Ərçivan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Talış və İvanovka, həmçinin Astara rayonunun Kijəba, Ərçivan və bəzi ətraf kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR