Səfir: “Bakı Şopinq Festivalı Azərbaycanda üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq”

Səfir: “Bakı Şopinq Festivalı Azərbaycanda üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq”
# 25 oktyabr 2017 13:41 (UTC +04:00)

“Bakı Şopinq Festivalı bura səfər edən turistlərə Azərbaycanın istehsal potensialını görməyə şərait yaradacaq”. Bunu www.bakushopfest.com saytına açıqlamasında Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku deyib.

Səfir bildirib ki, festival ölkədə üfüqi istiqamətdə bütün sahələrin inkişafına dəstək olacaq: “Bilirəm ki, artıq festival başlayıb. Bakıda ikinci dəfədir, belə bir festival keçirilir. Şopinq Festivalının keçirilməsi çox yaxşı ideyadır. Düşünürəm ki, turistlər daha çox yerli mal alsalar, bu, xammaldan tutmuş hazır məhsul əldə olunana qədər bütün biznes sahələrinə müsbət təsir göstərər. Bu baxımdan yerli məhsulun satışı ölkə iqtisadiyyatında ciddi sıçrayışa səbəb ola bilər”.

Cənab səfir özünün və ailəsinin də festivala dəstək olduqlarını bildirib: “Biz özümüz də gündəlik həyatımızda Azərbaycan məhsulları alırıq. Zənnimcə, bu da bizim Azərbaycan iqtisadiyyatına kiçik də olsa verdiyimiz töhfədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR