Zaxarova: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf etdirilir"

Zaxarova: "Rusiya və Azərbaycan arasında humanitar dialoq inkişaf etdirilir"
# 08 fevral 2018 14:01 (UTC +04:00)

"Rusiya və Azərbaycan arasında humanitar dialoq mükəmməl şəkildə inkişaf etdirilir".

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

M. Zaxarova deyib ki, bu istiqamətdə bir sıra konsertlər, sərgilər təşkil olunur, müxtəlif mədəni mübadilələr aparılır: “Biz Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 25 illiyini həm Xarici İşlər Nazirliyinin, həm də səfirliklərimizin xətti ilə qeyd etdik. Bizim insanlarımızı bir-birinə ortaq tarix, mədəniyyət və ənənələr bağlayır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR