Türkiyə konstitusiyasına dəyişikliklər layihəsi yanvarın 9-da müzakirəyə çıxarılacaq

Türkiyə konstitusiyasına dəyişikliklər layihəsi yanvarın 9-da müzakirəyə çıxarılacaq
# 03 yanvar 2017 09:21 (UTC +04:00)

Türkiyə Konstitusiyasına dəyişiklik eilməsi ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirəyə çıxarılacağı tarix bəlli olub.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dəyişikliklər barədə layihə yanvarın 9-da müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, qanun layihəsi parlamentə dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib.

Konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur.

Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.

Dəyişikliklər millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.

Layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə ümummilli səsverməyə çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR