Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Xidmətinin və SKMF-nin verdiyi kreditlərin fərqi açıqlanıb

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Xidmətinin və SKMF-nin verdiyi kreditlərin fərqi açıqlanıb
# 24 may 2018 10:02 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin kəndli və fermerlərə verdiyi kredit ilə Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) sahibkarlığın inkişafına ayırdığı kreditlərin fərqi açıqlanıb.

"APA-Economics" xəbər verir ki, Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib ki, xidmətin ayırdığı kreditlər yalnız aqrar sahədə, yəni kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan şəxslər üçün nəzərdə tutulub.

“Bizim kreditlərin Sahibkarlığa Kömək Milli Fondu kreditlərindən fərqi ondadır ki, biz aqrar sahəni diqqətdə saxlayırıq. Bizdə məbləğlər maksimal 200 min manata qədərdir. Çünki bu, kənd təsərrüfatı sahəsində sahibkarlığın inkişafına yönəldilib”, - deyə M.Əliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR