Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb - YENİLƏNİB

Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 24 iyul 2017 11:03 (UTC +04:00)

Kabildə partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” agentliyinin Əfqanıstan hökumətinin rəsmisinə istinadən yaydığı məlumatda deyilir.

Onu da bildirək ki, partlayışa görə məsuliyyəti “Taliban” üzərinə götürüb.


*** 08.02

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA-nın xəbərinə görə, bu barədə “Tolo News” telekanalı məlumat verib.

Terrorçu-kamikadze minalanmış avtomobili partladıb. Hadisə ölkənin tanınmış siyasətçilərindən biri, Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

***

07:26

Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze özünü partladıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış Əfqanıstan icra rəisinin ikinci müavini Məhəmməd Möhaqiqin evi yaxınlığında törədilib.

Hadisə nəticəsində azı 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, hazırda Əfqanıstanda baş nazir postu mövcud deyil. 2014-cü il prezident seçkilərindən sonra Milli Birlik Hökuməti təşkil edilib. Məhəmməd Əşrəf Qani ölkə prezidenti, Abdulla Abdulla isə icra rəisi vəzifəsini tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR