Saatlıda ev yanıb

Saatlıda ev yanıb
# 29 dekabr 2016 15:05 (UTC +04:00)

Saatlı rayonunda yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Qara Nuru kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR