Türkiyə prezidentinin İrana rəsmi səfəri başlayıb

Türkiyə prezidentinin İrana rəsmi səfəri başlayıb
# 04 oktyabr 2017 11:06 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın İrana rəsmi səfəri başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hava limanında R. T. Ərdoğanı İranın sənət, mədən və ticarət naziri Məhəmməd Şəriəti və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar qarşılayıb. Səfərdə Türkiyə prezidentini xarici işlər naiziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybəkçi, enerji naziri Barat Albayrak, gömürk və ticarət naziri Bülənt Tüfəkçi, daxili işlər naziri Süleyman Soylu və digər rəsmilər müşayiət edir.


R. T. Ərdoğan bu gün İranlı həmkarı Həsən Ruhani və ali lider Ayətullah Xamenei ilə görüşəcək. Daha sonra İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü stratejik iclası keçiriləcək və bir sıra sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR