“Həzi Aslanov” metrostansiyasında eskalator əsaslı təmirə dayandırılır

“Həzi Aslanov” metrostansiyasında eskalator əsaslı təmirə dayandırılır
# 12 noyabr 2017 14:28 (UTC +04:00)

Noyabrın 14-də “Həzi Aslanov” stansiyasında "ET-5M" markalı 2 saylı eskalator əsaslı təmirə dayandırılacaq.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR