I Bakı Endoskopik Forumu keçirilir

I Bakı Endoskopik Forumu keçirilir
# 25 fevral 2017 06:44 (UTC +04:00)

Milli Onkologiya Mərkəzində (MOM) I Bakı Endoskopik Forumu başlayıb.

APA-nın xəbərinə görə, Forumda "Mədə-bağırsaq sisteminin müəyyən patologiyalarında ESD (Endoscopic Submusocal Dissection) üsulunun tətbiqi və canlı master-klass keçiriləcək, əməliyyatxana ilə canlı bağlantı yaradılacaq.

Forumda bildirilib ki, MOM-un Endoskopiya şöbəsi 1983-cü ildə yaradılıb. Şöbə hazırda diaqnostik və terapevtik məqsədlə bütün növ endoskopik manipulyasiyaların aparılması üçün lazım olan ən müasir avadanlıqlarla təchiz olunub. Burada mədə-bağırsaq və tənəffüs sistemi orqanlarının manipulyasiyaları aparılır.

Qeyd olunub ki, xəstənin arzusu nəzərə alınmaqla endoskopik manipulyasiyalar vena daxili, ümumi keyləşmə altında aparılır, bu da xəstələrə qorxu hissini aradan qaldırmağa və bir neçə müayinəni birləşdirməyə imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR