Paşinyan: "Türkiyə ilə ilkin şərt olmadan münasibət qurmağa hazırıq"

Paşinyan: "Türkiyə ilə ilkin şərt olmadan münasibət qurmağa hazırıq"
# 27 iyul 2018 16:12 (UTC +04:00)

“Ermənistan ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”.

APA-nın xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Al Jazeera” telekanalına müsahibəsində deyib.

“Sərhədi bağlayan tərəf Türkiyədir. Bizim tərəfdə sərhəd hər zaman açıq olub. Sərhədlərin açılması barədə Türkiyə qərar qəbul etməlidir. Ermənistan heç bir ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”, - deyə N. Paşinyan söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR