Azərbaycanda 600-dən çox vaqon ləngiyir

Azərbaycanda 600-dən çox vaqon ləngiyir
# 12 dekabr 2016 06:50 (UTC +04:00)

Gürcüstan dəmir yolları vasitəsilə Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə tranzit yüklərin daşınması Xəzər dənizində baş verən güclü külək və fırtına nəticəsində ciddi gecikmə ilə baş verir. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolu" SC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, oktyabrın 20-dən etibarən Xəzər dənizində müşahidə olunan anormal hava şəraiti səbəbindən Azərbaycandan Qazaxıstan istiqamətində daşımalar 16 sutkalıq çətinləşib: "Nəticədə həm Gürcüstanın, həm də Azərbaycanın dəmir yollarında sıxlıq yaranıb. Dekabrın 7-ə olan məlumata əsasən, hər iki ölkənin dəmir yollarında 1045 bərə vaqonu qalıb ki, bundan 602-si Azərbaycan ərazisində, 443-ü isə Gürcüstan ərazisindədir. Rəqəmlər hər gün artım baş verməkdədir".

Bildirilib ki, problemin aradan qaldırılması üçün "Gürcüstan Dəmir Yolu" SC "Azərbaycan Dəmir Yolları" QSC ilə koordinasiyalı şəkildə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR