Yavər Camalov Pakistanda səfərdə olub

Yavər Camalov Pakistanda səfərdə olub
# 25 noyabr 2016 12:32 (UTC +04:00)

Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Karaçidə keçirilən “İDEAS-2016” IX Beynəlxalq müdafiə sərgisi və seminarında iştirak etmək üçün noyabrın 21-dən 24-dək Pakistan İslam Respublikasında səfərdə olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, səfər zamanı nümayəndə heyəti “İDEAS-2016” sərgisində Pakistanın və sərgiyə qatılan digər ölkələrin nümayiş etdirdiyi yeni növ müdafiə təyinatlı məmulatlarla tanış olub.

Səfər çərçivəsində Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

Nazir Y. Camalovun Pakistanın müdafiə sənayesi federal naziri Rana Tanvir Hussain və sərgiyə qatılan ölkələrin qabaqcıl şirkətlərinin rəhbərləri ilə də görüşləri olub. Görüşlərdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və yeni əlaqələrin yaradılmasına dair geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR