Məhkəmə 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edib

Məhkəmə 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edib
# 26 sentyabr 2017 17:38 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyeva barəsindəki hökmdən zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə H. Allahverdiyeva barəsində yenidən tibbi ekspertiza keçirilməsi haqqında qərar qəbul edilib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi H. Abdullayevanın cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlib. Onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib. H. Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR