Bricet Brink: "ABŞ insan haqları və fundamental dəyərlərə hörməti ikitərəfli əlaqələrin vacib elementi sayır"

Bricet Brink: "ABŞ insan haqları və fundamental dəyərlərə hörməti ikitərəfli əlaqələrin vacib elementi sayır"
# 07 fevral 2018 12:08 (UTC +04:00)

"ABŞ hökumətinin uzunmüddətli mövqeyi ondan ibarətdir ki, insan haqları və fundamental dəyərlərə hörmət edilməsini ikitərəfli əlaqələrin vacib elementi hesab edirik".

APA-nın məlumatına görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.

"İnanırıq ki, insan haqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi Azərbaycanda biznes mühiti və sabitliyin təmin edilməsi baxımından vacibdir. Prezident Donald Trampın da dediyi kimi, ABŞ-ın ən sıx əlaqələri dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir.

Bu məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür", - deyə o qeyd edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR