Masallı sakinini iribuynuzlu heyvan vurub

Masallı sakinini iribuynuzlu heyvan vurub
# 25 avqust 2017 19:55 (UTC +04:00)

Masallı sakinini iribuynuzlu heyvan vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallının Böyük Kolatan kəndində qeydə alınıb.

Kənd sakini, 75 yaşlı Hacıbala Hacıağa oğlu Cabbarov iribuynuzlu heyvanı yemləyərkən heyvan onu vurub. Yaralı yaxınlarının köməkliyi ilə Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR