Allahşükür Paşazadə: “Aşura günü daha əzəmətli olmalı, düşmənə, zülmə qarşı birləşməliyik”

Allahşükür Paşazadə: “Aşura günü daha əzəmətli olmalı, düşmənə, zülmə qarşı birləşməliyik”
# 12 oktyabr 2016 10:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Aşura günü biz daha da əzəmətli olmalıyıq, düşmənə, zülmə qarşı birləşməliyik”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında iştirak edən

Allahşükür Paşazadə bildirib ki, hər il bu aksiyalarda qan verənlərin sayı artır: “Bu, həm imanın artması, həm də dövlət-din münasibətlərinin yüksək səviyyədə olması deməkdir.

Bu aksiyada məzhəbindən, dinindən asılı olmayaraq hər kəs iştirak edir. Bizim qanvermə aksiyası bütün dünyada bəyənilir. Artıq İranda, Türkiyədə də Aşura günü belə aksiyalar keçirilir”.

QMİ sədri deyib ki, əvvəllər məscidlər az olduğuna görə insanlar Aşura günü küçələrə çıxırdı, indi isə Azərbaycanda məscidlər çoxaldığına görə, mərasimlər məscidlərdə qeyd olunur: “Ehtiyac olan yerlərdə yeni məscidlər də acılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR