Bakıda xarici vətəndaşın pulunu oğurlayan şəxs tutulub

Bakıda xarici vətəndaşın pulunu oğurlayan şəxs tutulub
# 06 iyul 2018 09:40 (UTC +04:00)

Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub


Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən xarici vətəndaş yaşadığı mənzildə çantasından 670 ABŞ dollarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Mingəçevir şəhər sakini Z.Əliyeva olduğu məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR