Robert Dadli: “Azərbaycan qazı Cənubi Qafqaz boru kəməri ilə Türkiyəyə iyulda çatdırılacaq”

Robert Dadli: “Azərbaycan qazı Cənubi Qafqaz boru kəməri ilə Türkiyəyə iyulda çatdırılacaq”
# 23 yanvar 2018 18:33 (UTC +04:00)

“Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi Gürcüstan üçün çox vacib layihədir və bu layihə demək olar ki, tamamlanıb”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu BP şirkətinin baş icraçı direktoru Robert Dadli Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan qazının Gürcüstandan keçərək Türkiyəyə cari ilin iyul ayında çatdırılacağı gözlənilir: “Mən çox nikbinəm. Gürcüstan hökuməti və baş nazirin özü bu investisiyaları təşviq etdi. Bu, Azərbaycan, Gürcüstan və Türkiyə üçün çox vacib layihədir.

Layihənin növbəti mərhələsinə gəlincə, Yunanıstan, Albaniya və İtaliyada işlər aparılır və daha sonra qaz Avropa bazarına daxil olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR