ABŞ-da “Fedex” aviaşirkətinə məxsus yük təyyarəsi yanıb

ABŞ-da “Fedex” aviaşirkətinə məxsus yük təyyarəsi yanıb
# 29 oktyabr 2016 01:18 (UTC +04:00)

ABŞ-ın Florida ştatında “Fedex” aviaşirkətinə məxsus yük təyyarəsində yanğın olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum səbəbdən eniş edən təyyarənin şassisi yanmağa başlayıb. İnsident Florida ştatının Brouard dairəsində, Hollivud şəhərində qeydə alınıb.

Hazırda yanğın söndürülüb. Hadisə zamanı zərərçəkən olmayıb. Aeroportda uçuşlar müvəqqəti olaraq dayandırılıb. İnsidentin səbəbləri araşdırılır.

Qeyd edək ki, bu gün ABŞ-ın Çikaqo şəhərinin hava limanında “American Airlines” şirkətinə məxsus təyyarədə baş verən yanğın nəticəsində 8 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR