Quldurluqda təqsirləndirilən Rusiya vətəndaşının şikayəti təmin edilməyib

 Quldurluqda təqsirləndirilən Rusiya vətəndaşının şikayəti təmin edilməyib
# 13 oktyabr 2016 13:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Rusiya vətəndaşı Surxay Kazımovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Kaxımov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan S. Kazımov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

O, Cinayət Məcəlləsinin 181-ci( quldurluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR