İraqda terrorçular polis məntəqəsinə hücum edib, ölənlər var

İraqda terrorçular polis məntəqəsinə hücum edib, ölənlər var
# 02 yanvar 2017 21:18 (UTC +04:00)

İraqın Səmarra şəhərində bir qrup terrorçu-kamikadze polis məntəqəsinə hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində azı 7 nəfər ölüb.

Məlumata görə, terrorçulardan ikisi özlərini polis məntəqəsinin girişində partladıb, digərləri isə binaya daxil olaraq polis əməkdaşlarına atəş açıblar.

İraqın “Əs-Sümariyə” telekanalının xəbərinə görə, terrorçular məhv edilib, şəhərdə isə komendant saatı tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR