Qazaxıstanda Azərbaycan guşəsi və Nizami Gəncəvi mərkəzi yaradılır

Qazaxıstanda Azərbaycan guşəsi və Nizami Gəncəvi mərkəzi yaradılır
# 23 fevral 2017 18:12 (UTC +04:00)

Qazaxıstanın Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Nizami Gəncəvi mərkəzi yaradılacaq.

APA-nın xəbərinə görə, bu barədə Astanada səfərdə olan Milli Məclisin deputatı Naqif Həmzəyev məlumat verib.

“Nizami Gəncəvi irsi tək Azərbaycanda deyil, dünyanın hər yerində təbliğ olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Avropa və dünyanın əksər ölkələrinin mərkəzi parklarında Nizami Gəncəvinin abidəsi ucaldılır, böyük mütəfəkkirlə bağlı silsilə tədbirlər keçirilir”, - deyə deputat vurğulayıb. N.Həmzəyevin sözlərinə görə, bu ənənəni davam etdirmək üçün, Əhməd Yasəvi adına Qazax-Türk Universitetində Nizami Gəncəvi auditoriyası və mərkəzinin yaradılması üçün artıq ilkin razılıq əldə olunub.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə müvafiq işlər görülüb, yaxın zamanlarda mərkəzin tam fəaliyyətə başlaması üçün lazımi addımlar atılacaq.

Milli Məclisin deputatı əlavə edib ki, Nizami Gəncəvinin 875 illiyi münasibətilə təşkil olunan mərkəzin ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində açılması nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan- Qazaxıstan parlament dostluq qrupunun Azərbaycan tərəfdən rəhbəri Adil Əliyevin iştirakı ilə Astanada Qazaxıstan Milli Muzeyində Azərbaycan guşəsinin yaradılması üçün əməkdaşlıq memorandumu da imzalanıb. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin xalçası ilk eksponat olaraq muzeyə hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR