Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Gürcüstana səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, A. Paşazadə Gürcüstan patriarxı, katolikos II İliya ilə görüşəcək.
A. Paşazadənin səfər çərçivəsində Gürcüstan prezidenti, baş naziri və parlament sədri ilə görüşəcəyi gözlənilir.