Gürcüstanda ana və övladının ölümünə səbəb olmuş Ermənistan vətəndaşını 10 ilədək həbs gözləyir

Gürcüstanda ana və övladının ölümünə səbəb olmuş Ermənistan vətəndaşını 10 ilədək həbs gözləyir
# 07 avqust 2017 13:32 (UTC +04:00)

Gürcüstanda ana və azyaşlı övladının ölümü ilə nəticələnmiş yol qəzasını törətmiş Ermənistan vətəndaşını 10 ilə qədər həbs cəzası gözləyir.

APA-nın yerli bürosu Gürcüstan DİN-ə istinadən verdiyi məlumata görə, Ermənistan vətəndaşı, 1995-ci il təvəllüdlü Q.Ç. avqustun 5-də Surami rayonunda idarə etdiyi "Nissan Tiida" maşını ilə səkidə dayanmış 38 yaşlı ana və onun 5 yaşlı uşağını vurub.

Qəza nəticəsində ana və övladı ölüb.

Faktla bağlı cinayət işi açılıb. Ermənistan vətəndaşını 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Ermənistan mətbuatının yazdığına görə, ölkənin Xarici İşlər Nazirliyi sözügedən yol-nəqliyyat hadisəsinin detallarını öyrənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR