Mingəçevirdə 47 yaşlı kişi spirtli içkidən zəhərlənərək ölüb

Mingəçevirdə 47 yaşlı kişi spirtli içkidən zəhərlənərək ölüb
# 20 avqust 2017 09:07 (UTC +04:00)

Mingəçevir şəhərində yarımçıq tikilidə kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə şəhər sakinləri Heydər Əliyev prospektindəki 43 saylı mənzildə yaşayan 1971-ci il təvəllüdlü Nəsrullayev İrfan Əhliman oğlunun meyitini 20 Yanvar küçəsində yerləşən 4 mərtəbəli yarımçıq tikilidə tapıblar.

Dərhal polis əməkdaşlarına məlumat verilib. Meyit müayinə edilib və onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Onun spirtli içkidən zəhərlənərək öldüyü bildirilir. Məlumata görə, İ. Nəsrullayev spirtli içki aludəçisi olub və tüfeyli həyat sürdüyü üçün ailə üzvlərindən də ayrı yaşayırmış.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR