“Prezident İlham Əliyevin tapşırığı əsasında bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün, o cümlədən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına prezident əlavəsinin tətbiqi ilə əlaqədar, Azərbaycan Respublikasının Energetika Nazirliyinin və Polşada Açılacaq Ticarət Nümayəndəliyinin bəzi xərclərin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaq”.
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, Bakı şəhərində sahibsiz heyvanların idarə olunması probleminin həlli üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulub: “Bu məsələlərlə əlaqədar əlavə 3,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək. Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari il ilə müqayisədə 11,3 milyon manat və ya 19,3% çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır”.
2018-ci il üçün bəzi istiqamətlər üzrə xərclər artırılıb
01 dekabr 2017 13:41 (UTC +04:00)
Maliyyə
Mərkəzi Bank “Atəşgah Həyat”ın vəzifəli şəxsini cərimələyib
11:12
10 may 2024
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
10:13
10 may 2024
Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının IV iclası keçirilib
10:12
10 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:31
10 may 2024