Şəmkirdə oğurluqla məşğul olan dəstə saxlanılıb

Şəmkirdə oğurluqla məşğul olan dəstə saxlanılıb
# 26 yanvar 2018 15:25 (UTC +04:00)

Şəmkir rayonunda oğurluqla məşğul olan 3 nəfər saxlanılıb.

APA-nın qərb bürosunun məlumatına görə, yanvarın 25-də Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Məmmədov Atəş Qasım oğlu ərizə ilə Şəmkir rayon Polis Şöbəsinə müraciət edərək yanvarın 22-dən 23-nə keçən gecə qardaşı Məmmədov Mirəzim Qasım oğluna məxsus evə naməlum şəxslərin qapını sındırmaq yolu ilə daxil olaraq oradan 1100 manat dəyərində ev əşyalarını apardıqlarını bildirib.

Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin əvvəllər AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş İsayev İmdat İntiqam oğlu, Quliyev Afiyəddin Vəsayət oğlu və Axundov Nurlan Qəzənfər oğlu olması müəyyən edilib. Hər üç şəxs şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı həmin şəxslərin bu il yanvarın 19-da Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini İsmayılov Musa Səməd oğlunun mənzilinə qapının qıfılını sındırmaqla qanunsuz daxil olaraq oradan 15000 manat dəyərində qızıl-zinət və ev əşyalarını oğurladıqları da müəyyənləşdirilib.

Oğurlanmış əşyaların bir hissəsi aşkar olunaraq cinayət işi üzrə maddi sübut kimi götürülüb. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR