Tayvanda zəlzələdə 4 nəfər ölüb, 225 nəfər xəsarət alıb, 145 nəfər itkin düşüb - YENİLƏNİB

Tayvanda zəlzələdə 4 nəfər ölüb, 225 nəfər xəsarət alıb, 145 nəfər itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 07 fevral 2018 08:01 (UTC +04:00)

Tayvanın Xualyan şəhərində silsilə zəlzələlər nəticəsində 4 nəfər ölüb, 225 nəfər xəsarət alıb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, daha 145 nəfər itkin düşmüş sayılır.

Hazırda 1300 mütəxəssisin iştirakı ilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

00.10

Tayvanın Xualyan şəhərində silsilə zəlzələlər nəticəsində 188 nəfər xəsarət alıb, onların arasında əcnəbilərin olub-olmadığı hələlik məlum deyil.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar şəhərdə ciddi dağıntılara səbəb olub, otel daxil olmaqla azı 5 bina qismən və tamamilə uçub. Damı uçmuş oteldən artıq 116 nəfərin təxliyə edildiyi bildirilir.

Nəqliyyatın hərəkətində, enerji təchizatında problemlər yaranıb, 560 ev işıqsız qalıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR