Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - YENİLƏNİB-2

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - <span style="color: red;">YENİLƏNİB-2
# 28 mart 2017 18:00 (UTC +04:00)

Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın söndürülüb. Yanğınsöndürənlərin hadisə yerində olan APA-nın müxbirinə verdiyi xəbərə görə, yanğın iki mənzili əhatə edib. Yanğın baş verən mənzildə yanar konstruksiyalar və ev əşyaları təxminən 50 kv.m. sahədə yanıb. Yanğının keçdiyi qonşu mənzildə isə yanar konstruksiyalar və ev əşyaları təxminən 10 kv.m. sahədə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı yuxarı mərtəbələrdə yaşayan sakinlər mənzillərdən təxliyə olunub.

Hazırda yanğının miqyası, səbəbləri, dəymiş ziyanın həcmi müəyyənləşdirilir.

Hadisə ilə bağlı FHN əlavə məlumat verəcək.

** 19.11

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.

APA-nın məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

*** 18.43

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR