"Baktelecom" yay mövsümü ilə əlaqədar "Simsiz rabitə" şəbəkəsinin tutumunu artırır

"Baktelecom" yay mövsümü ilə əlaqədar "Simsiz rabitə" şəbəkəsinin tutumunu artırır
# 23 may 2019 10:55 (UTC +04:00)

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) yay mövsümü ilə əlaqədar “Simsiz rabitə” şəbəkəsinin tutumunu artırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, Bakı ətrafı ərazilərə əhali axınını nəzərə alaraq bu il də “Simsiz rabitə” şəbəkəsinin əhatə dairəsini genişləndirir. Daha çox sakinə xidmət göstərmək məqsədi ilə mövcud 140 baza stansiyasının tutumu artırılaraq şəbəkə gücləndirilir. Həyata keçirilən tədbirlər əhalinin sıx məskunlaşdığı ərazilərdə telekommunikasiya xidmətlərinin verilməsini təmin edəcək.

Hazırda Abşeron yarımadasının bütün kəndlərində, eləcə də paytaxtın bəzi məhdud infrastrukturlu ərazilərində əhaliyə “Simsiz rabitə” xidməti göstərilir. Yaxın zamanda Bakının Müşfiq, Lökbatan, 20-ci sahə, 8-ci kilometr əraziləri, həmçinin Ukrayna dairəsi ətrafındakı ərazilər “Simsiz rabitə” xidmətinin əhatə dairəsinə daxil ediləcək. Layihə çərçivəsində baza stansiyalarının sayı artırılaraq ilin sonunadək 30 minlik infrastruktur abunəçilərin istifadəsinə təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR